Wednesday, April 25, 2012

Dostum Hippiyə məktub

Bilmirəm hardasan, ama yoxluğuna sevinirəm. Çünki buralar çox soyuqdur. onun əvəzinə təsəlli verəcək azadlıq da yoxdur. Elə hey yalnızca gəzirəm bu şəhəri. Gecələr bu şəhərin işıqları o qədər parlaq olur ki, siyasətçilərin yaltağlıqları, oğruların cındır sifəti və küləkli havada göydə üçan salafanlar dərhal gözünün qabağına gəlib birdən beynindən göyə sovrulur və əbədi azadlığı boşa verib anlıq rahatlığa "xoş gəldin" deyirsən sanki. Bir də içəndə yadıma salıram ki, mənim reallığım mənim indi yaşadığım deyil, əksinə xəyal etdiyim bir yerdir. Özümə elə nifrət edirəm ki. Özümə dost da tapmışam burda. Amma çox az görüşürük. Mənə öz yazılarını oxuyur. Doğurdan da gözəl yazır. Elə bil Herman Hesse ilə dostluq eləyib bir zamanlar. Dünən bir dəli adamı həbs elədilər. Səndemə dəlixanadan qaçıbmış. Öz ağlında nə varsa aləmə yayıb. Həkimlər də təşvişə düşüb cibini ağ rəngə boyayıblar ki, obirilərindən seçə bilsinlər. Yazıq indi məhbusxanadadır. Ümid edir ki, azadlığa birtəhər çıxan başqa dəlilər ona kömək eləyərlər. Bu birinci dəfə deyil. Bu ölkədə əhali azadlığa çıxıb girməknən məşğuldur. Özü də bu məşğuliyyət elə də asan iş deyil. Amma burda heç kəs özünü Vyetnamdakı o dəli rahib, vəya Tunisdəki kasıb oğlan kimi özünə benzin töküb yandırmır. Çox ağıllıdılar. Bilirlər ki, onsuzda hər şey əladır. Azadlıq olmadan da yaşamaq olar. Amma buna baxmayaraq burda minlərlə dəli var. Bu dəlilər aksiya keçirəndə onlara gülməyim gəlir. Üzlərində o qədər ümid var ki. O günü görürmüş kimi elə hey o gündən danışırlar. Soruşuram  ki o gün nə vaxt gələcək, deyirlər "uje az qalıb". Polislər də aksiya keçirənləri tutan kimi onlara "bölməyə uje az qalıb" deyirlər. Buralarda qara adamlar da var. Amma bu qaralar sən bildiyin qaralar deyil. Sadəcə polislər kimi qara geyinməyi çox sevirlər. Bəlkə də özlərini qarğaya, vəya badımcana oxşadırlar. Bilmirəm sənə demişdim ya yox, amma bura çox ekzotik bir yerdir. Görməsən inanmazsan. Amma görməsən yaxşıdı. Çünki buralarda nə Pink Floyd havası var, nə də ki, Aphrodite`s Child. Bob Marley? Onu ağlına belə gətirmə. " I Shot the Sheriff" buralara ziddir. Burda ancaq Happy Meal havası var. Necə də axmaq səslənir, deyilmi?
Enjoyed this post?

No comments :

Post a Comment

About Me

My Photo

Trying to figure out what it takes to live life fully by examining all the elements of life.